Yusif Muxtarov

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

22 iyul 1941

Vəfat tarixi:

26 iyun 2010


Yusif Mehdi oğlu Muxtarov Sabirabadın Kürkəndi kəndində anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb.

Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor kimi başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub (1992-2010).

“Qızıl Dərviş” mükafatı laureatı (2005), Əməkdar artist (1991), Xalq artisti (2002) Yusif Muxtarov 2010-cu ildə vəfat edib.

Aktyor Yusif Muxtarov aktrisa Amaliya Pənahovanın həyat yoldaşı olub.