Zakir Ağayev
Xoreoqraf
Aktyor
Doğum tarixi:
09 fevral 1956
Zakir İsmayıl oğlu Ağayev Bakıda anadan olub.
Rusiya Dövlət Teatr Sənəti Akademiyasının baletmeystr fakültəsində təhsil alıb (1994).
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında rəqqas kimi fəaliyyətə başlayıb (1973). Bakı Xoreoqrafiya Məktəbində “Dünya xalq rəqsləri” və “Azərbaycan rəqsləri” fənnlərindən dərs deyib (1990-2000). XII Ümumdünya tələbə və Gənclər festivalının diplomantıdır (1985, Moskva). Xoreoqrafiya əsaslarının nəzəri və praktiki elmi-tədqiqat işlərinin müəllifidir. 1997-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş baletmeyster əvəzi işləyir.
Əməkdar artistdir (2017).