Zəroş Həmzəyeva
Doğum tarixi:
22 mart 1925
Vəfat tarixi:
06 iyun 2004
Zəroş Mirzəbağır qızı Həmzəyeva Babək rayоnunun Nehrəm kəndində anadan оlub.
Kiçik yaşlarından şeir söyləməyə meyl göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə sonradan həyat yoldaşı olan İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi “Hacı Qəmbər” (Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”) komediyasında Yetər rolunu oynayıb. 1942-ci ildən Naхçıvan Dram Teatrında çalışmağa başlayıb.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti (1944), Əməkdar artist (1956), Xalq artisti (1967), Şöhrət ordenli (2002) Zəroş Həmzəyeva 2004-cü ildə vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.