Zaur Əliyev

Aktyor

Doğum tarixi:

21 yanvar 1991


Zaur Mübariz oğlu Əliyev Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində təhsil alıb (2011-2015).

Bakı şəhəri Mədəniyyət İdarəsinin nəzdində “Bakı Folklor Teatrı”nda aktyor truppasına pantomim və plastika məşqləri keçib (2012-2013). Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (2013-2015), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (2014-2015), DTX Mədəniyyət Mərkəzinin səhnələrində tamaşalarda rollar ifa edib. “Yuğ” Teatrında “Sürəyya” (2015), Musiqili Teatrda “Bremen musiqiçiləri və Pen” (2018) tamaşalarına quruluş verib. Azərbaycan Film Akademiyasında nitq məhdudiyyətli gənclərlə “Səssizlik” adlı pantomimik tamaşa hazırlayıb. “44” adlı tamaşası “4.4 Qısa Tamaşalar Festivalında” II yerə (2021), “İşıq adam” videoçarxı Mədəniyyət Nazirliyi tərəfindən “Ən yaxşı videoçarx” mükafatına layiq görülüb (2021).

2013-cü ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorudur. Akademik Musiqili Teatrda rejissor və rejissor assistenti olaraq tamaşaların hazırlanmasında iştrak edir.