Zemfira Əliyeva

Aktrisa

Doğum tarixi:

25 dekabr 1941

Vəfat tarixi:

26 noyabr 1995


Zemfira Məmmədəli qızı Əliyeva Gəncədə anadan olub.

Kiçik yaşlarından Gəncə Dövlət Dram Teatrının tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında "Solğun çiçəklər" (Cəfər Cabbarlı) tamaşasında Sara rolunu ifa edib. Bundan sonra teatra götürülüb. Naxçıvan Dövlət Musiqili Dram Teatrında (1972-1988), Akademik Milli Dram Teatrında (1988-1995) işləyib.

Əməkdar artist (1974), Xalq artisti (1982) Zemfira Əliyeva 1995-ci ildə vəfat edib.

Aktrisa Zemfira Əliyeva rejissor, aktyor Vaqif Əsədovun həyat yoldaşıdır.