Zeynal Xəlil
Əsərindən istifadə olunub
Doğum tarixi:
23 mart 1914
Vəfat tarixi:
11 avqust 1973
Zeynal Rza oğlu Xəlil (Zeynal Xəlilov) Gəncədə anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
“İstək” adlı ilk şeirlər kitabı 1936-ci ildə nəşr olunub. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən şeirlər yazıb. Şeir kitablarının, “Ulduzlar” (1961) mənzum romanın müəllifidir. Pyesləri var. Əsərləri xarici dillərə tərcümə olunub. Bədii əsərlərin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olub.
Əməkdar incəsənət xadimi (1960) Zeynal Xəlil 1973-cü ildə vəfat edib.