Ziya Ağa

Aktyor Filmi səsləndirən

Doğum tarixi:

16 mart 1991


Ziya Səbuhi oğlu Ağa (Ziya Ağayev) Ağdamın Muradbəyli kəndində anadan olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (2009-2015), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatr və kino aktyoru fakültəsində (2015-2020) təhsil alıb.

Səda Tədris Teatrında, Yuğ Teatrının nəzdindəki laboratoriyada (2016), “M-Teatr”da (2016-cı ildən), “Human” teatrında (2017), Akademik Milli Dram Teatrında, Yuğ Teatrında (2019-cu ildən) aktyor kimi fəaliyyət göstərib. Gürcü rejissor Qoçanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında hazırladığı “Buzlar diyarı” tamaşasında əsas rollardan birini ifa edib. Akademik Milli Dram Teatrının səhnəsində “Çippolino” tamaşasında xəfiyyə obrazını canlandırıb. Səda Tədris Teatrının səhnəsində tülkü (“Tıq-Tıq xanım”), müəllif (“Yasəmən ağacı”), Sqanarel (“Zorən təbib”) Doktor Lalbyuz (“Dəli yığıncağı”) rollarını ifa edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin xüsusi proqramlar və xüsusi layihələr departamentinin direktoru (2020), baş rejissor (2020-2022) olaraq çalışıb. “QİTİS-ustad dərsi” festivalında “Otello əfsanəsi” tamaşasında göstərdiyi performansa görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi seçilib (2019, Moskva / Rusiya).