15 sentyabr 2026 Mənbə: ARKA

"QARA PİŞİK, AĞ ŞANI" FİLMİ MÜKAFAT ALDI

"QARA PİŞİK, AĞ ŞANI" FİLMİ MÜKAFAT ALDI

Azərbaycan kinematoqrafiyası növbəti beynəlxalq uğura imza atıb. "Qara pişik, ağ şanı" sənədli filmi UMUT Beynəlxalq Sənədli Film Festivalında "Ən yaxşı rejissor" mükafatını qazanıb. “Chinar Film” tərəfindən istehsal olunan və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi (ARKA) tərəfindən post-prodakşn dəstəyi göstərilən ekran əsərinin rejissoru Ələmdar Faiq, prodüserləri isə Türkan Hüseyn və Emil Nəcəfovdur.
Film ailənin fərd üzərindəki təsiri, valideynlərin talelərinin uşaqlara təsiri və fərdin özünü kəşfi kimi dərin psixoloji və sosial mövzuları əhatə edir. Qeyd edək ki, "Qara pişik, ağ şanı" filmi dünya premyerasını Balkan regionunun ən nüfuzlu və köklü kino tədbirlərindən biri hesab olunan, Monteneqroda keçirilən Herseq Novi Beynəlxalq Film Festivalında edib.

İndi paylaş: