15 sentyabr 2026 Mənbə: ARKA

“KÖÇƏRİ” FİLM LAYİHƏSİ MÜKAFAT QAZANIB

“KÖÇƏRİ” FİLM LAYİHƏSİ MÜKAFAT QAZANIB

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunan, rejissoru Nurlan Həsənli olan “Köçəri” tammetrajlı bədii-sənədli film layihəsi Latviyanın paytaxtı Riqada keçirilən 30-cu "Baltic Sea Docs" beynəlxalq birgə istehsal və pitçinq forumunda uğur qazanıb. Layihə “Baltic Sea Docs Award”a layiq görülüb və peşəkar mütəxəssislər tərəfindən konsultasiya haqqı qazanıb.
Layihənin ssenari müəllifi və rejissoru Nurlan Həsənli, prodüseri Emil Nəcəfov, kreativ prodüseri Türkan Hüseyn, təsvir rejissoru İman İmanov, ikinci operatoru Əli Rza, kamera assistenti Ənvər Kərimov, səs rejissoru Ramal Rüstəm, montaj rejissoru Asif İsgəndərli, icraçı prodüseri Ruhin Mirzəyev, xətt prodüseri isə Fariz Muradxanlıdır.
"Baltic Sea Docs" Baltik dənizi regionu, Şərqi Avropa və Qafqaz ölkələrindən olan yaradıcı tammetrajlı sənədli film layihələrinə həsr olunmuş beynəlxalq birgə istehsal və pitçinq forumudur. 1997-ci ildə təsis edilmiş forum Baltik regionunda sənədli filmlərə fokuslanan ən nüfuzlu sənaye platformalarından biri hesab olunur və Latviya Milli Film Mərkəzi tərəfindən təşkil edilir.

İndi paylaş: