AzerNyuMedia
Təsis tarixi: 2017
Təsisçi və rəhbər: Kamran Qasımov
AzerNyuMedia Məhdud Məsuliyyətli Cəmiyyəti 13 mart 2017-ci ildə ssenarist və rejissor Kamran Qasımov tərəfindən təsis olunub. Şirkət yarandığı ilk vaxtlardan etibarən öz fəaliyyətini audiovizual məhsulların müxtəlif dillərə tərcüməsi və onların SRT və InteropCinema formatında altyazılarının hazırlanması üzərində qurmağa başlayəb. Audiovizual məhsulların səsləndirilməsi və dublyajı da şirkətin fəaliyyət istiqamətinə daxildir.
Şirkətin əsas layihələrindən biri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanan və 2019-cu ilin iyul ayından etibarən AVTO FM-də yayımlanan "Cinema Radio" radio proqramıdır. Layihədə yerli və dünya audiovuizual bazarı müqayisəli şəkildə təhlil olunur, filmlərdən audiosəhnələr, audiotreylerlər təqdim olunur, kinoradio kanalına dəvət edilən qonaqlarla müzakirələr aparılır. Layihənin aparıcısı və redaktoru RJ Yaqut, səs supervayzeri Samir Əsədov, musiqi rəhbəri Yaşar Baxışdır. “Cinema Radio” 2021-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
“AzerNyuMedia” Azərbaycan Kinematoqrafçılar İttifaqının saytında və digər sosial şəbəkə hesablarında yayımlanan podkastlar layihəsinin icraçısıdır. Şirkət incəsənət sahəsində həyata keçirilən bir çox layihələrin rəsmi dəstəkçisidir və kreativ media və PR koordinasiya işlərini həyata keçirir.
Şirkət 2020-ci ildən etibarən hər il təqdim olunan "Müasir Audiovizual Baxış" mükafatının təsisçisidir.