Xəzər televiziyası


Təsis tarixi: 2007
Rəhbər: Murad Dadaşov

Xəzər televiziyası 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 
2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010–2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.
2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü. 
2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
5 mart 2020-ci il tarixindən “Xəzər TV” MMC-nin səhmləri “SOCAR Media” qrupunun balansına keçib.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib. 
Azərbaycan Mediasında ilk 1 milyon abunəçi sayı olan kanal da məhz Xəzər TV-nin "Xəzər Media" kanalı oldu.