Abbas və Gülgəz (2000)
Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar. Belə dastanlardan biri “Abbas və Gülgəz”dir. Film “Abbas və Gülgəz” dastanı əsasında çəkilib. Dastanı aşıq Mahmud Qasımoğlu söyləyir. Film 7 gecə-seriyadan ibarətdir. Filmin çəkilişləri Tovuzun Cəlilli kəndində aparılıb.

Növü:
film-tamaşa
Rejissor:
Ssenari müəllifi: