Nəsil yaddaşı (2025)

1918-ci ildə Azərbaycanın bir çox ərazilərində olduğu kimi, İsmayıllı rayonunun bir neçə kəndində də erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım hadisələri törədildi. Təəssüfləndirən məsələ budur ki, digər bölgələrdəki soyqırım faktları ilə bağlı müəyyən araşdırmalar aparılsa da, bu bölgə fokusdan kənarda qalıb. Film yerli əhalinin nəsil yaddaşı vasitəsilə dövrün mənzərəsini yaradır, müasir tamaşaçıda 107 il əvvəl baş vermiş hadisələr haqqında təsəvvür yaradır.

Filmin leytmotivini isə 2020-ci il Vətən Müharibəsi qazisinin düşüncələri təşkil edir. O, vaxtilə əcdadlarının məruz qaldığı hadisələri götür-qoy edir. Bu bədii hissədə babasının nişan verdiyi şəhid məzarının yerini yuxuda görərək xatırlayan qazi həmin məzarı ziyarət etməyə yollanır.

Filmdə Vətən Müharibəsi qazisi Nurəddin Əzizli və qardaşı Asid Əzizov, həmçinin İsmayıllı rayon sakinləri çəkiliblər.

İstehsalçı ölkə:

Azərbaycan

İstehsalçı:

Kinobiz Film

Müddət:

40 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

11 dekabr 2025

Texniki göstəricilər:

16:9

İndi paylaş:

Növü:

sənədli film

Ssenari müəllifi:

Operator:

Bəstəkar:

Filmi səsləndirən :

Montaj rejissoru :

İşıq ustası:

Pirotexnik:

Rəng korreksiyası:

Səs rejissoru:

Səs operatoru:

Arxiv təminatçısı:

İcraçı prodüser:

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir