Nigar Süleyman

Bəstəkar

Doğum tarixi:

08 sentyabr 1999


Nigar Süleyman (Nigarxanım Süleymanova Mehman qızı) Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində (2023) təhsil alıb.

Təhsil illərində piano üçün prelüdlər, sonata, miniatürlər, piano-trio, simli kvartet, piano-kvintet, kamra əsərləri, böyük simfonik orkestr üşün 3 hissəi simfoniya kimi əsərlər yazıb.

Bakı Caz Festivalında 2-ci yerə (2019), WBM müsabiqəsində 1-ci yerə (2024), Caspiart Türkiye müsabiqəsində 2-ci yerə (2018), 20-ci Beynəlxalq Bəstəkarlıq Müsabiqəsində 1-ci yerə (2015, Rusiya) layiq görülüb.

Əsərləri Dövlət Kamera Orkestir, Azərbaycan Dövlət Simfonik Orkestri Cadenza Orkestri, Moskva Müasir Musiqi ansamblı, Musikfabrik mis nəfəsli kvinteit (Almaniya) və digər ifaçılar tərəfindən müxtəlif ölkələrdə səsləndirilib.

2021-ci ildə Estoniya Musiqi və Teatr Akademiyasının Erasmus təhsil proqramının iştirkaçısı olaraq seçilib və elektroakustik bəstəkarlıq dərsləri alıb.