Nar bağı (2017)
70 yaşlı sadə kəndli olan Şamil kişi illər boyu əkib-becərdiyi böyük bir nar bağının sahibidir. Bağı kəndin imkanlı adamlarından biri almaq istəsə də o, satmır. Şamil kişinin oğlu Qabil evləndikdən sonra ailəsini atasının yanında qoyaraq Rusiyaya gedib. Şamil kişi gəlini Sara və 12 yaşlı nəvəsi Cəlalla birlikdə yaşayır. Bir gün gözlənilmədən Qabil qayıdıb gəlir. O, atasına ailəsini Rusiyaya aparacağını deyir. Atasının bağa baxa bilməyəcəyini səbəb gətirərək ona bağı satmasını təklif edir. Bağı satmaq Şamil kişi üçün ağır olsa da, gəlini və nəvəsinin gələcəyinə görə bu işə razılıq verir. Bağ satılır. Qabil bir anda kəndi tərk edir. Onun bu addımı atmaq üçün öz səbəbi var.
Filmin çəkilişləri 2016-cı il oktyabr ayının 4-dən etibarən Göyçay rayonu ərazisində aparılıb.
Film Anton Çexovun “Albalı bağı” əsərindən təsirlənərək ərsəyə gəlib.
İstehsalçı ölkə:
İstehsalçı:
Müddət:
Yaş həddi:
Texniki göstəricilər:
Büdcə:
Janr:

Növü:
tammetrajlı bədii film
Rejissor: