Ad günü (1977)

Şəkili müəllim Mustafa Bakıya ezamiyyətə gəlir. O, Fəridə ilə tanış olur. Fəridə ilə Bakını gəzən Mustafa güclü yağışa görə Fəridənin evinə gedəsi olur. Gecənin yarısında yağış kəsir və Mustafa Fəridənin evindən çıxıb tənha şəkildə Bakının küçələrində gəzir. Rəngsaz Əli oğluna ad günü etmək və uşaqlıq dostlarını bir araya yığmaq qərarına gəlir. O, ad günü tədbirinə ciddi cəhdlə hazırlaşır. Qonaqlar yığışırlar. Əli həyəcan və yorğunluqdan tədbirin yarısında yatır. Dostlar isə öz kefindədirlər. Əli bir də oyanır ki, tədbir bitib və hamı dağılışıb. Kor-peşman eyvana çıxır və yoldan keçən Mustafanı görür; evinə qonaq dəvət edir. Film Rüstəm Ibrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələri əsasında çəkilib. Film Mərkəzi Televiziyanın sifarişi ilə çəkilib. ADR televiziyası filmlə diplom təqdim edib (1980, Berlin / Almaniya).

İstehsalçı ölkə:

Azərbaycan

Müddət:

73 dəqiqə

Yaş həddi:

12+

İlk baxış tarixi:

11 fevral 1977

Texniki göstəricilər:

35 mm, 4:3

Janr:

dram

İndi paylaş:

Növü:

tammetrajlı bədii film

Rejissor:

Ssenari müəllifi:

Bəstəkar:

İkinci rejissor:

Rejissor assistenti:

İkinci operator:

Rəssam assistenti:

Geyim rəssamı:

Qrim rəssamı:

İşıqçı:

Səs operatoru:

Əsərindən istifadə olunub:

Reytinq verin

Reytinqlər tövsiyyələrinizi mükəmməlləşdirir